Influencer Marketing — hərfi tərcümədə təsir marketinqi deməkdir. Bu marketinq üsulu sosial media fenomenləri, blogerləri vasitəsilə xidmətlərimizi, məhsulumuzu milyonlara tanıtmağa şərait yaradır.
Sosial şəbəkələr üçün irəliləmənin iki rəsmi yolu (metodu) var. Biri rəqəmsal reklam ikincisi isə – influnser marketinq Son zamanlar isə bloqqer reklamından əldə edilən nəticə pullu reklamdan gələn xeyirdən qat-qat çoxdur. Bunun səbəbi insanların reklamdan daha çox insana etibar etməsidir. İzləyicilərin qarşısına sizin pul ödədiyiniz reklam çıxdıqda, çox zaman onu görməzdən gəlirlər. Çünki onlar bunun sadəcə bir reklam olduğunu anlayırlar. Amma influnserlərdən biri real bitərəf fikrini paylaşırsa bu reklam kimi qəbul olunmur, insanlar ona etibar edir və avtomatik olaraq bu məlumata tərəf gedirlər.
Rəqəmsal və ya bloqer reklamından istifadə etməsəniz, onu çox az insan görəcək. Məhz buna görə də reklamın gücünü daima diqqətdə saxlamalısınız.
Bu gün bir çox bloggerlər və facebook qruplar insanlar üzərində ciddi təsir qüvvəsinə malikdirlər.
Danılmaz bir fakt varki bloqerlərə hal-hazırda ən az həkimlər qədər etibar olunur. Buna üzülmək lazım deyil. Yaranmış bu vəziyyəti öz xeyrimizə çevirib bloqerlərin köməyi ilə öz biznes-məsələlərimizi daha sürətli həll edə bilərik.
Komandamızda yalnız peşəkar marketinq mütəxəssisləri deyil, həm də tibb sahəsindən yetəri qədər bilikli mütəxəssislər çalışır. Bu isə öz növbəsində bizə şərait yaradır ki, tibbi marketinq xidmətini yüksək səviyyədə həyata keçirək.
8 illik təcrübəmizdə həkimlər və klinikalar üçün təkrarolunmaz stil və imic yaratmış, brendlərinin formalaşmasında əsas rolu oynamışıq. Bu gün də uğurla və sevərək missyamızı davam etdiririk. İşimizdə hər zaman əsas tutduğumuz meyar keyfiyyətdir. Məhz buna görə də bizimlə əməkdaşlıq edən müştərilərimizin qazancı yalnız gözəl və maraqlı imic deyil. Əməkdaşlığımız sayəsində müştərilərimizə həm də vaxt qazandırırıq. Siz də peşəkar olduğunuz sahə ilə rahat məşğul olmaq istəyirsinizsə, marketinq ehtiyaclarınızı bizə etibar edin.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.