Peşəkar Fotosessiya

Fotosessiya – incəsənətin ayrıca növüdür. Bizi tanıdıqdan sonra siz şəkil çəkdirməyi sevəcəksiniz və bir daha fotogenik olmadığınızı dilə gətirməyəcəksiniz. Peşəkar studiyada, yaradıcı komandamız ilə sizin üçün də orjinal fotosessiya etməyə hazırıq.

İzləyicilərinizə özünüzü olduğunuz kimi göstərin. Axı sizdən birdənədir!

Sosial şəbəkələr keyfiyyətsiz fotoları və İnternetdən alıntıları sevmir. Belə şəkillər həm biznesə, həm də nüfuza zərbədir!

İnsanlar artıq gözyoran internet şəkilləri görmək istəmir. Orjinal olmaq zamanıdır!

Şəxsi fotosessiya sizə nə üçün vacibdir?

Əgər biz peşəkarlıqdan danışırıqsa, keyfiyyətli şəkillər sizin üçün vacibdir. Əks halda sizin instagram profiliniz darıxdırıcı və yorucu olacaq, saytınız isə etibarınızı artırmayacaq. Qısaca heç bir brendləşmədən söhbət gedə bilməz.

Bu şəkillər necə olmalıdır?

Masabaşında ağ xalatlı, steteskoplu pozalar artıq keçmişdə qalıb. Sıxıcı və bir o qədərdə köhnə. Axı biz rəqiblərdən önə keçməkdən, seçilməkdən, yadda qalmaqdan danışırıq. Buna görə də bizim fotosessiyaya yanaşmamız kökündən fərqlidir. Biz həkimin xarizmasını, əhval-ruhiyyəsini, energetikasını çatdırırıq.

Geyiminizə, zahiri görünüşünüzə və kamera qarşısında uğurlu duruşunuza qədər seçirik. Bizimlə fotosessiya yorucu məşğuliyyət və ya stress  deyil. Əksinə, bizim fotosessiyalar əsl şənlik və pozitiv mənbəyidir. Ən əsası isə – şəkilləri ələ aldıqda siz 100% özünüzü sevəcəksiniz.

Fotosessiya Bronlamaq

Portfolio

Bu bölmədə fotosessialarımızdan işlərimiz ilə tanış ola bilərsiniz

Sayt sifarişi

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.